logo

SOCAR ilə “Masdar” Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq edəcək

12:44 04-06-2022 | icon 5089
SOCAR ilə “Masdar” Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq edəcək

SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

YeniAvropa xəbər verir ki, sənədi SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf və “Masdar Clean Energy” şirkətinin icraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharramin imzalayıb.

Sənəd Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məqsədi daşıyır.