logo

Azərbaycan və Türkiyə universitetləri Anlaşma Memorandumu imzalayıb

09:29 04-06-2022 | icon 7399
Azərbaycan və Türkiyə universitetləri Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir.

AzTU-nun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əməkdaşlıq çərçivəsində Azərbaycan Texniki Universiteti ilə Türkiyənin Bartın Universiteti arasında “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə, həmçinin qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədləri AzTU-nun rektoru Vilayət Vəliyev və Bartın Universitetinin rektoru Orxan Uzun imzalayıblar.

Sonra hər iki rektor universitetlər arasında digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.