logo

Bakı Enerji Həftəsi çərçivəsində Şuşada xüsusi sessiya keçirilir

11:49 04-06-2022 | icon 5131
Bakı Enerji Həftəsi çərçivəsində Şuşada xüsusi sessiya keçirilir

Bakı Enerji Həftəsi çərçivəsində iyunun 4-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada xüsusi sessiya keçirilir.

YeniAvropa xəbər verir ki, sessiyada 100-dən çox yerli və xarici nümayəndə iştirak edir.

Əvvəlcə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktub oxunub.

Xalis sıfra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov, SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf, BP-nin Regional prezidenti Qəri Counz, “TotalEnergies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut, “Masdar Clean Energy” şirkətinin icraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharramin, “ACWA Power” şirkətinin investisiya direktoru Klayv Törtn iştirak edirlər.

file...1-+00

Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.

Sonra Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələrinə ziyarət, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olacaq.