logo

Bakıda 15 yaşlı qız itkin düşüb

12:52 03-06-2022 | icon 1687
Bakıda 15 yaşlı qız itkin düşüb

Paytaxt sakini S.İsayev Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, şəkildəki 15 yaşlı Xanım Bayramovanın yeri barədə məlumatı olan şəxslərdən rayon polis idarəsinin 21-ci polis bölməsinə 012-440-02-02, 055-805-93-93 telefon nömrələri, həmçinin nazirliyin 102 - Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.