logo

İyunun 6-da Bakının mərkəzi küçələri "Formula 1"ə görə bağlanır

11:33 03-06-2022 | icon 2051
İyunun 6-da Bakının mərkəzi küçələri "Formula 1"ə görə bağlanır

"Formula 1 Azərbaycan Qran-Pri"sinin keçiriləcəyi Bakı şəhər halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti iyunun 6-da gecə saat 01:00-dan etibarən məhdudlaşdırılacaq.

YeniAvropa xəbər verir ki, bu sözləri "Formula 1 Azərbaycan Qran-Pri"sinin milli mətbuat katibi Turab Teymurov iyunun 3-də təşkil olunan brifinqdə deyib.

T.Teymurov bildirib ki, hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq.

Hərəkət məhdudiyyəti üç zonada tətbiq ediləcək.