logo

Polşa Belarusla sərhəddə 120 kilometr uzunluğunda divar çəkib

11:11 03-06-2022 | icon 2310
Polşa Belarusla sərhəddə 120 kilometr uzunluğunda divar çəkib

Polşa inşaatçıları Belarusla sərhəddə artıq 120 kilometr uzunluğunda divar tikiblər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Polşa Xarici İşlər Nazirliyindən bildirilib. Nazir müavininin sözlərinə görə, sərhəddə divar çəkilməsinə yanvarın 25-də başlanıb. Tikinti işlərinə üç növbədə çalışan 3 min inşaatçı cəlb olunub. Hündürlüyü 5,5 metr olan hasarın ümumi uzunluğu 187 kilometr təşkil edəcək.

Polşaya Belarus tərəfdən qeyri-leqal miqrantların keçməsinin qarşısını almaq məqsədi daşıyan divarın çəkilməsinə 7 milyon metr polad boru sərf olunacaq. Divarın üstündən isə tikanlı məftillər çəkilir və elektron müşahidə vasitələri – videokameralar və hərəkət sensorları quraşdırılır. Tikinti işlərinin iyun ayının sonunadək yekunlaşacağı bildirilir.

2021-ci ildə qeyri-leqal miqrantlar Belarus-Polşa sərhədini keçməyə 41 mindən çox cəhd göstəriblər.