logo

Dumana görə sabah bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

20:20 02-06-2022 | icon 1925
Dumana görə sabah bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

İyunun 3-də gecə və səhər saatlarında dağlıq ərazilərdən keçən magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq.

Bu barədə YeniAvropa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.