logo

TANAP-la 29 milyard m3 Azərbaycan təbii qazı nəql edilib

10:10 02-06-2022 | icon 1680
TANAP-la 29 milyard m3 Azərbaycan təbii qazı nəql edilib

İndiyədək Trans-Anadolu Qaz Boru Kəməri(TANAP) ilə 29 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub.

YeniAvropa xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda deyib.

Nazir bildirib ki, bunun 6,8 milyard kubmetri bu il nəql edilib. Bu ilin yekununda TANAP-la 16 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulub.