logo

İyunda bəzi bölgələrdə 40° isti olacaq

17:57 01-06-2022 | icon 1750
İyunda bəzi bölgələrdə 40° isti olacaq

İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 2-4° yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, Naxçıvan Muxtar Respublikasında, Şərqi Zəngəzur və Qarabağ bölgəsində, Qazax-Gəncə, Mərkəzi-Aran rayonlarında isə bir qədər az olacağı ehtimal edilir. İlk ongünlüyün birinci yarısında hava şəraitinin sabit, yağmursuz keçəcəyi, lakin gündüzlər bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündən-günə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 19-24° , gündüzlər 29-34° isti, bəzi günlərdə 36-39° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 millimetr).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 22-26° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 19-24° isti, gündüzlər 29-34° isti, bəzi günlərdə 36-40° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı bildirilir (norma 21-35 millimetr).

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 16-19° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 13-18°, gündüzlər 19-24° isti, bəzi günlərdə 27-32° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı ehtimal edilir (norma 74-130 millimetr).

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturu 23-26° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 27-32° isti, bəzi günlərdə 35-38° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacaq (norma 46-63 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 24-29° isti, bəzi günlərdə 33-38° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 18-179 millimetr).

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 24-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 29-34° isti, bəzi günlərdə 37-40° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı proqnozlaşdırılır (norma 12-49 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 20-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 18-23°, gündüzlər 25-30° isti, bəzi günlərdə 35° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 29-47 millimetr).