logo

İranın neft naziri Azərbaycana gəlir

13:11 01-06-2022 | icon 3920
İranın neft naziri Azərbaycana gəlir

İranın neft naziri Cavad Oici bu gün Azərbaycana səfərə gəlir.

YeniAvropa xəbər verir ki, bu barədə İranın Neft Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərdə məqsəq sabah öz işinə başlayacaq Bakı Enerji Forumunda və 27-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgisində iştirak etməkdir. 

Cavad Oici sərgidə iştirak etməklə yanaşı, Bakıda bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Görüşlər zamanı enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə ediləcək.

Qeyd edək ki,Bakıda keçirilən 27-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi iyunun 3-nə kimi davam edəcək.