logo

“Utair” yeni Mahaçqala-Bakı aviareysini açır

20:20 31-05-2022 | icon 2030
“Utair” yeni Mahaçqala-Bakı aviareysini açır

İyunun 3-dən Mahaçqala və Bakı arasında aviareyslər təşkil ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

Bildirilib ki, uçuşlar “Utair” aviaşirkəti tərəfindən “Boeing-737-500” təyyarələri vasitəsi ilə həyata keçiriləcək.

Uçuşlar həftədə iki dəfə-cümə və bazar günləri həyata keçiriləcək.