DSX: Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 6 nəfər saxlanılıb
Mayın 31-də saat 03:10 radələrində Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkarlanıb.
Dövlət Sərhəd Xidmətinin(DSX) mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla 6 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Araşdırma zamanı onların Gürcüstan ərazisində dilənmə məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləşdirilib.
Ötən müddətdə bu kateqoriyadan olan şəxslər barəsində dövlət sərhədinin qanunsuz keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb, azyaşlılar aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil veriliblər.
Dövlət sərhədinin qanunsuz keçilməsinin cinayət tərkibli əməl olması, uşaq əməyinin istismarı və azyaşlıların avaraçılığa cəlb edilməsinə görə hüquqi məsuliyyət daşımaları, eləcə də azyaşlı uşaqların gecə vaxtı, vəhşi heyvanların olduğu ərazilərdən keçirilməsinin onların həyatlarına təhlükə, emosional-psixoloji durumlarına sarsıntı olması barədə valideynlərlə dəfələrlə izahedici söhbətlərin aparılmasına baxmayaraq, bu kimi cəhdlərin təkrarən baş verməsi müşahidə olunur.
DSX aidiyyəti dövlət qurumları ilə birlikdə bu kateqoriyadan olan sərhəd pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması üzrə tədbirləri davam etdirir.
Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir-Rusiya XİN
"EURO-2032" Türkiyə və İtaliyada keçirilə bilər
DYP hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
İstanbulda Qarabağla bağlı ABŞ-Avropa İttifaqı-Rusiya görüşü keçirilib
Rəsmi Bakı erməni separatçıların həbsinə dair Ermənistan XİN-nin etiraz bəyanatını qətiyyətlə pisləyir
Nobel mükafatına layiq görülən kimyaçı alimlərin adları açıqlanıb
Sabah Bakıda şimal küləyi əsəcək, yağış yağacaq, 23° isti olacaq
Cari ildə BTC ilə 1,1 milyon ton Qazaxıstan nefti nəql olunacaq
Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhid dəfn olunub
XİN Katrin Kolonnanın Azərbaycana qarşı iddialarını qətiyyətlə rədd edir
Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək
Paytaxtda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanılıb
Ermənistanda ictimai rəy nəzərə alınmır-Rusiya XİN
Azərbaycan nefti 97,81 dollara satılır
Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunacaq
Dünya çempionatı: Bu gün beş cüdoçumuz tatamiyə çıxacaq
Faktiki hava: Bəzi yerlərdə intensiv və güclü yağış yağıb
UEFA Çempionlar Liqası:Bu gün qrup mərhələsində daha 8 oyun keçiriləcək
Cəbrayıl rayonunun işğaldan azad edilməsindən üç il ötür
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib
İmişlidə "Mercedes" traktorla toqquşub,1 nəfər ölüb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
ICESCO Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır
TV və Radio kanalları Qarabağda yayım üçün lisenziya alıb
İncəsənət ustalarımız Polşada Musiqi Festivalında iştirak ediblər