Şuşada Türk Dünyası Muzeylər Birliyinin toplantısı keçiriləcək
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı(TÜRKSOY), UNESCO Türkiyə Milli Komitəsi və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə türk dünyasının cari il üçün mədəniyyət paytaxtı elan edilən Bursa şəhərində türk dünyasının muzey rəhbərlərinin və xadimlərinin iştirak etdiyi “Türk dünyası muzeylərində qeyri-maddi mədəni irs” mövzusunda növbəti görüş keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Muzey və daşınar mədəni irs sektorunun aparıcı məsləhətçisi Kənan Hüseynov və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova təmsil ediblər.
Türk dünyası ölkələri arasında muzeyşünaslıq sahəsində qarşılıqlı məlumat mübadiləsi, təcrübə mübadiləsi və əməkdaşlığı təmin etmək məqsədilə təşkil edilən türk dünyası muzeylərinin görüşü Türk Dünyası Muzeylər Birliyinin toplantısına da ev sahibliyi edib.
Açılış mərasimində çıxış edən Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş geniş coğrafiyada yaşayan türk xalqları arasında mədəni əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən qeyri-maddi mədəni irs işlərini dəyərləndirərək muzey işçiləri üçün nümunəvi əsərlər yaratmağı hədəflədiklərini bildirib.
TÜRKSOY Muzeylər Birliyinin strukturlaşması istiqamətində mühüm addımlar atılan tədbirdə türk dünyasından 70-dən çox alim və muzey rəhbərləri iştirak edib və ümumilikdə 50-dən çox məruzə dinlənilib.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova “Azərbaycan Milli Xalça Muzeyində Türk dünyasının ortaq mirası olan xalçaçılıq sənədinin yaşadılması və tanıdılması” mövzusunda çıxış edib, iştirakçıları ölkəmizin xalçaçılıq sənəti və muzeyin fəaliyyəti haqqında məlumatlandırmışdır.
Tədbirin son günündə Türk Dünyası Muzeylər Birliyinin toplantısında Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzeylər şöbəsinin müdiri Bülent Gönültaş TÜRKSOY-un Muzeylər Birliyinin strukturlaşdırılması istiqamətində təşəbbüsünü yüksək qiymətləndirdiklərini və hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib.
Beynəlxalq Muzeylər Şurası (ICOM) Türk Milli Komitəsinin də sədr müavini olan Gönültaş, Birliyin koordinatorluğunun cari il üçün Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilməsini, daha sonra 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilmiş Azərbaycanın Şuşa şəhərində keçiriləcək növbəti iclasla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təhvil verilməsini təklif edib. Hər il Birliyin mədəniyyət paytaxtı seçilən ölkənin birlikdən sonra fəaliyyətini davam etdirməsini təklif edən Gönültaşın təklifi toplantıya qatılan bütün maraqlı tərəflər tərəfindən müsbət qarşılanıb. Toplantının sonunda bütün iştirakçıların razılaşdığı məsələlər bəyanat şəklində hazırlanaraq iştirakçıların imzasına təqdim edilib. TÜRKSOY Muzeylər Birliyinin növbəti toplantısının 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa şəhərində keçirilməsi qərara alınıb.
Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir-Rusiya XİN
"EURO-2032" Türkiyə və İtaliyada keçirilə bilər
DYP hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
İstanbulda Qarabağla bağlı ABŞ-Avropa İttifaqı-Rusiya görüşü keçirilib
Rəsmi Bakı erməni separatçıların həbsinə dair Ermənistan XİN-nin etiraz bəyanatını qətiyyətlə pisləyir
Nobel mükafatına layiq görülən kimyaçı alimlərin adları açıqlanıb
Sabah Bakıda şimal küləyi əsəcək, yağış yağacaq, 23° isti olacaq
Cari ildə BTC ilə 1,1 milyon ton Qazaxıstan nefti nəql olunacaq
Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhid dəfn olunub
XİN Katrin Kolonnanın Azərbaycana qarşı iddialarını qətiyyətlə rədd edir
Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək
Paytaxtda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanılıb
Ermənistanda ictimai rəy nəzərə alınmır-Rusiya XİN
Azərbaycan nefti 97,81 dollara satılır
Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunacaq
Dünya çempionatı: Bu gün beş cüdoçumuz tatamiyə çıxacaq
Faktiki hava: Bəzi yerlərdə intensiv və güclü yağış yağıb
UEFA Çempionlar Liqası:Bu gün qrup mərhələsində daha 8 oyun keçiriləcək
Cəbrayıl rayonunun işğaldan azad edilməsindən üç il ötür
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib
İmişlidə "Mercedes" traktorla toqquşub,1 nəfər ölüb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
ICESCO Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır
TV və Radio kanalları Qarabağda yayım üçün lisenziya alıb
İncəsənət ustalarımız Polşada Musiqi Festivalında iştirak ediblər