logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 849 min nəfərə çatır

15:55 31-05-2022 | icon 3283
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 849 min nəfərə çatır

Mayın 31-də Azərbaycanda yeni növ koronavirus(COVID-19) infeksiyası əleyhinə 2 min 162 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 304, ikinci doza vaksinlərin sayı 176, üç və daha çox doza vaksinlərin sayı 1494, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 188-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 723 min 446, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 347 min 805, ikinci mərhələ üzrə 4 milyon 848 min 875, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 280 min 934, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 245 min 832-dir.