logo

Azərbaycanda daha 8 nəfər koronavirusa yoluxdu

15:33 31-05-2022 | icon 3185
Azərbaycanda daha 8 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 8 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 7 nəfər müalicə olunaraq sağalıb, 9 min 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 47 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 192, bu günə qədər isə ümumilikdə 6 milyon 894 min 477 test icra olunub.