logo

Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçili

13:53 31-05-2022 | icon 13146
Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçili

Mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqı(AKİ) İdarə Heyətinin ümumi yığıncağı keçirilib.

YeniAvropa xəbər verir ki, toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açıb.

A.Rzayev ittifaqın sədrliyinə xalq artisti Rasim Balayev namizədliyinin irəli sürüldüyünü söyləyib. Xalq yazıçısı seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib. Onun təklifi qəbul olunub.

Açıq səsvermə ilə xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib.

Bundan başqa, iclasda Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi, onun məqalələrinin toplusunun dərci, barəsində sənədli filmin çəkilməsi, Kino Muzeyinin yaradılması məsələləri də müzakirə olunur.

Xatırladaq ki, AKİ sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov bu il martın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində 83 yaşında vəfat edib. Onun cənazəsi Bakıya gətirilib və martın 16-da I Fəxri xiyabanda torpağa tapşırılıb.