"Azercell"in baş sponsorluğu ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb
Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu ilə keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı başa çatıb. Bütün türk dünyasının böyük coşğu ilə izlədiyi möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, Kimya üzrə Nobel mükafatı laureatıƏziz Səncər, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank da iştirak ediblər.
“TEKNOFEST Azərbaycan”nın baş sponsoru olan Azercell şirkəti festivalda xüsusi “Rəqəmsal Yaşam Studiyası” konsepsiyasını təqdim edib. Festivalın ilk günündə“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın müşayiəti ilə Azərbaycan RespublikasınınRəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi qonaqlar şirkətin stendini ziyarət ediblər, burada təqdim olunan innovativ məhsullar və texnoloji həllərlə tanış olublar.
Festivalın davam etdiyi dörd gün ərzində Azercell-in Rəqəmsal Yaşam Studiyasında 1200-dən çox ziyarətçi şirkətin xidmətlərindən ibarət rəqəmsal səyahətdən keçib.“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutan Azercell-in təqdim etdiyi “Ağıllı şəhər” konsepsiyası, elektron mütaliə, əyləncə, sənət və digər mövzularda innovativ həlləri ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Stenddəki “Azercell Life və Azercell Akademiyası” guşəsində şirkət təmsilçiləri gənclərin təhsil və inkişafına imkan yaradan fərqli proqramlar haqqında məlumat təqdim ediblər. Azercell-in “Rəqəmsal Yaşam Studiyasında” artırılmış reallıq səyahətinə qoşulan hər bir ziyarətçiyə maraqlı hədiyyələr, uşaqlara kitab və suvenirlər təqdim olunub.Qeyd edək ki, 29 may tarixində Azercell stendininqonağı olan şəhid övladlarını “Azercell Telekom” MMC-in prezidenti Zərinə Zeynalova hədiyyələrlə qarşılayıb.
Bu ilin ən yadda qalan tədbirinəçevrilən “TEKNOFEST Azərbaycan”ı dörd gün ərzində yüz minlərlə insan ziyarət edərək Azərbaycan və Türkiyənin dövlət və özəl qurumlarının innovativ layihələri ilə tanış olublar. Texnologiya sahəsinin parlaq simalarını kəşf etdirən bu festival çərçivəsində 8 texnoloji yarışma, 3 beynəlxalq tədbir keçirilib, qalib komandaların üzvləri prezidentlər və digər rəsmi qonaqlar tərəfindən təltif olunub.
Bu il 5 illiyini qeyd edən festivalın məqsədi aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir