logo

Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxdu

17:17 30-05-2022 | icon 3185
Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bir yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 998 nəfər müalicə olunaraq sağalıb, 9 min 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 48 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1706, bu günə qədər isə ümumilikdə 6 milyon 892 min 285 test icra olunub.