logo

4 ayda Azərbaycandan 11 milyon tondan artıq neft nəql olunub

14:34 30-05-2022 | icon 2156
4 ayda Azərbaycandan 11 milyon tondan artıq neft nəql olunub

Cari ilin yanvar-aprel aylarında magistral neft kəmərləri ilə 11 milyon 611,1 min ton neft nəql edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, nəqletmənin 79 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Belə ki, cari ilin 4 ayında bu kəmər vasitəsilə 9 milyon 173,3 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 1 milyon 575,1 min ton tranzit nefti də nəql edilib.