logo

4 ayda Azərbaycanda 710 minik avtomobilləri istehsal  edilib

10:30 30-05-2022 | icon 1652
4 ayda Azərbaycanda 710 minik avtomobilləri istehsal  edilib

Yanvar-aprel aylarında ölkədə 710 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 202 ədəd çox minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 167,8 milyon manatlıq məhsul istehsal edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 4,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 30,8 faiz artıb.