logo

Sabah Bakıda 27° isti olacaq

13:14 28-05-2022 | icon 3234
Sabah Bakıda 27° isti olacaq

Azərbaycanda mayın 29-una gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16°, gündüz 22-27° isti, Bakıda gecə 14-16°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 25-30° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacağı ehtimal edilir.