logo

Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxdu

16:27 27-05-2022 | icon 3087
Azərbaycanda daha 11 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 11 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 746 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 987 nəfər müalicə olunaraq sağalıb, 9 min 712 nəfər vəfat edib. Aktiv xəstə sayı 47 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 163, bu günə qədər isə ümumilikdə 6 milyon 885 min 286 test icra olunub.