logo

Hərbçimiz Ağdamda minaya düşüb

13:33 27-05-2022 | icon 3143
Hərbçimiz Ağdamda minaya düşüb

Daxili İşlər Nazirliyi(DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırma aparılır.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.

Daha sonra yaralı hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.