logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 346 min nəfəri ötür

16:56 26-05-2022 | icon 3570
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 346 min nəfəri ötür

Mayın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 933 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 354, ikinci doza vaksinlərin sayı - 268, üç və daha çox doza vaksinlərin sayı – min 2 min 86, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 225-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 715 min 913, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 346 min 872, ikinci mərhələ üzrə 4 milyon 848 min 256, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 275 min 580, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 245 min 205-dir.