logo

Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:30 26-05-2022 | icon 8617
Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 753 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 978 nəfər müalicə olunaraq sağalıb, 9 min 712 nəfər vəfat edib. Aktiv xəstə sayı 45 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 692, bu günə qədər isə ümumilikdə 6 milyon 883 min 123 test icra olunub.

file...1-4