logo

Plastmas istehsalı sexindəki güclü yanğının söndürülməsinə FHN 2 helikopter göndərdi

15:30 26-05-2022 | icon 12824
Plastmas istehsalı sexindəki güclü yanğının söndürülməsinə FHN 2 helikopter göndərdi

Bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə məlumat daxil olub .

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

"Hazırda Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir",-deyə nazirlikdən bildirilib.