Siyasi dialoq: Ədalət Vəliyev Azərbaycan Demokrat Partiyasının sədri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev yeni siyasi konfiqurasiyanın inkişafı çərçivəsində mayın 26-da Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, prezident İlham Əliyevin “Mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib... Biz siyasi dialoqun çox aktiv fazasındayıq” fikirlərini xatırlatmaqla görüşə başlayan şöbə müdiri Azərbaycan Demokrat Partiyasının iqtidarla əməkdaşlığını yüksək dəyərləndirib. Yeni siyasi konfiqurasiyanın inkişaf etdirilməsi, iqtidar-müxalifət dialoqunun təşviqi ən yeni islahatlar dalğasının tərkib hissəsi kimi qeyd olunub. Bildirilib ki, ölkəmizdə siyasi partiyalar arasında sağlam münasibətlərin qurulması, partiyaların legitim fəaliyyəti üçün lazımi işlərin görülməsi dövlətimizin başçısı tərəfindən şöbənin qarşısına qoyulmuş önəmli vəzifələrdən biridir. Bu vəzifələrin layiqincə icrası üçün partiyalarla birgə əməkdaşlığa çox böyük önəm verilir. Hər bir partiyanın cəmiyyətin siyasi həyatına özünəməxsus qatqısı var və bu, ölkəmizdə fikir plüralizminin inkişafının qarantıdır. Təbii ki, ölkəmizdəki siyasi sabitlik uğurlarımızın vacib əsaslarından biridir və siyasi sabitliyin qorunması hər bir ölkə vətəndaşının üzərinə düşən məsuliyyətdir. Bu səbəbdən radikal siyasi meyllər dövlətçiliyə təhdiddir. Hər bir siyasi partiya bu təhdidlərə qarşı mübarizə aparmalı və cəmiyyətin ümumi inkişafına öz töhfəsini verməlidir.
Ölkəmizdə aparılan siyasi islahatlar çərçivəsində belə bir görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində atılan uğurlu addımlarla bağlı fikirlərini bölüşüb. Sərdar Cəlaloğlu qeyd edib ki, ölkədə sağlam siyasi mədəniyyətin formalaşdırılması, dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində böyük işlər görülməkdədir. Postmüharibə dövrünün problemlərinin aradan qaldırılması, postpandemiya dövründə ölkə iqtisadiyyatının inkişafı, bütün əhali təbəqələrinin sosial müdafiəsinin güclənməsi üçün islahatların daha intensiv xarakter alması olduqca vacibdir. Azərbaycan Demokrat Partiyası dövlətimizin güclənməsi, əhalinin rifahının yaxşılaşdırılması, cəmiyyətin siyasi maarifləndirilməsi üçün imkanlarını səfərbər etməyə hazırdır.
Tərəflər ölkəmizdə partiyalararası əməkdaşlığın yeni formatları, iqtidar-müxalifət dialoqunun fərqli formalarda inkişafı, partiyaların beynəlxalq əlaqələrinin gücləndirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olması, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir