logo

Quba-Xınalıq yolu dağ uçqunundan təmizlənib

09:56 26-05-2022 | icon 2828
Quba-Xınalıq yolu dağ uçqunundan təmizlənib

Qaya parçalarının düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Quba rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, mayın 25-də Quba-Xınalıq yolunun 37-ci kilometrliyində, Əlik bələdiyyəsinin ərazisində qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalaxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Əraziyə cəlb olunan canlı qüvvə və xüsusi texnikaların köməyi ilə yol qaya parçalarından təmizlənib və avtomobillərin hərəkəti bərpa olunub.