logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 848 min nəfərə çatır

16:46 25-05-2022 | icon 2184
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 848 min nəfərə çatır

Azərbaycanda son sutkada 2 974 nəfər vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 345, ikinci doza vaksinlərin sayı 275 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 131-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 712 980, birinci doza peyvəndlərin ümumi sayı 5 346 518, ikinci doza vaksinlərin sayı 4 847 988 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 273 494, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 980 olub.