logo

Rusiya müqavilə ilə hərbi xidmət üçün yuxarı yaş həddini 50-yə qaldırdı

15:55 25-05-2022 | icon 3500
Rusiya müqavilə ilə hərbi xidmət üçün yuxarı yaş həddini 50-yə qaldırdı

Rusiyada müqavilə ilə hərbi xidmət üçün yuxarı yaş həddi artırılıb.

YeniAvropa xəbər verir ki, Rusiya Federasiya Şurası bu barədə qanunu təsdiqləyib. Sənədə əsasən, 18-50 yaşlarında Rusiya vətəndaşları və əcnəbilər silahlı qüvvələrdə xidmət üçün müqavilə bağlaya bilərlər.

Qanun prezident V.Putin tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, hazırda qanunda silahlı qüvvələrdə xidmətlə bağlı ilk müraciət yaşı rusiyalılar üçün 18-45, əcnəbilər üçün isə 18-30 yaşdır. Rusiya Silahlı Qüvvələrində 405 min hərbi qulluqçu müqavilə ilə xidmət edir.