Azərbaycanlı məktəblilər Qazaxıstanın mükafatlarını qazanıblar
Bakıda “IT Stars 2022” beynəlxalq festivalının onlayn müsabiqələrdə qalib olan paytaxtdakı №3 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin şagirdlərinin mükafatlandırma mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə Bakı İnkişaf Mərkəzinin rəhbərliyi, mükafat alanların valideynləri, məktəblilər və Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Akbota Musabayeva iştirak ediblər.
Festivalın təşkilatıçısı Almatı şəhərinin Lakeviev məktəbidir. Tədbir gənclərin əqli və yaradıcı potensialının inkişafına yönəlib.
Qeyd edək ki, Mərkəzinin şagirdləri artıq üç ildir ki, müntəzəm şəkildə sözügedən tədbirdə iştirak edirlər.
Müsabiqələrdə MDB-nin müxtəlif şəhərlərdən və kəndlərdən olan I-XI siniflərin şagirdləri iştirak edib. Onlar media jurnalistikası, proqramlaşdırma, sürətlə mətn yığılması, kompüter qrafikası, breyn-rinq, kvestlər, cizgi filmlərin səsləndirilməsi, layihələrin müdafiəsi, robot texnikası müsabiqələri kimi müxtəlif sahələrdə informasiya texnologiyalardan istifadəsini nümayiş etdiriblər.
Azərbaycanlı məktəblilər festivalın nəticələrinə əsasən bir neçə nominasiyalarda qalib olublar və mükafata layiq yerlərə sahib olublar.
Belə ki, Əli Abdullayev “Səsləndirmə” müsabiqəsinin "Qran-pri" mükafatına, Cəmilə İbrahimli, Yusif Allahverdiyev və Amin Nəzərli “Səsləndirmə” müsabiqəsinin I dərəcəli diplomuna, Darya Kşnyakina və Arda Seyfullayev “Səsləndirmə” müsabiqəsinin II dərəcəli diplomuna layiq görülüblər. Toğrul Novruzov, Məhəmməd Novruzlu və Tofiq Eyvazov isə “Breyn-rinq” müsabiqəsinin qalibi olublar.
Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Akbota Musabayeva qalibləri təbrik edib, uşaqlara sertifikatları və diplomları, münsiflər heyətində iştirak edən müəllimlərə isə "Təşəkkürnamə"ləri təqdim edib.
Diplomat çıxışında qeyd edib ki, bu il Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Hər iki ölkə qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə davam edəcəyinə və əlaqələrin daha da genişləndirilməsinə əmin olduğunu ifadə edib.
Tədbir uşaq rəsmlərdən ibarət sərgisi ilə tanışlıq və qazax rəqslərini nümayiş etdirən uşaqların konsert proqramı ilə yekunlaşıb.
Neftin 1 barelinin qiyməti 360 dollara qalxa bilər-"Bloomberq"
Zakir Həsənov xidməti müşavirə keçiib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan nefti 125,30 dollara satılır
Azərbaycan polisi 104 yaşında!
İranda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
Göygöldə ağır avtoqəza: 1 ailənin 4 üzvü öldü
ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir-Səfir
Türk dövlətlərinin təhlükəsizlik şuralarının katiblərinin görüşü olub
Türkiyə və Ermənistan normallaşma prosesinə dair bəzi razılıqlara gəliblər
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib
İranın İslam Şurası Məclisi sədrinin müavini Milli Məclisdə olub
İyulda Bakıda 41°, bəzi bölgələrdə isə 43° isti olacağı proqnozlaşdırılır
Ərdoğan:Finlandiya və İsveçin davranışlarına əsasən geri addım da ata bilərik
Ceyhun Bayramov İordaniya Senatının sədri ilə görüşüb
İran Azərbaycanla sərhədləri bağlamayıb-Səfirlik təkzib etdi
Sinoptiklərdən güclü külək və yağış xəbərdarlığı
Rusiya aviaşirkətlərinə məxsus 77 təyyarə xarici ölkələrdə saxlanılıır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 854 min nəfəri ötür
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxub
Qurban bayramının tarixi açıqlanıb
Gəncə şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib
Bakıda Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
39 xəbər saytı MEDİA-dan maliyyə yardımı alacaq