logo

Sel Qubada körpünü uçurdu, 6 kəndlə əlaqə kəsildi

12:52 25-05-2022 | icon 833
Sel Qubada körpünü uçurdu, 6 kəndlə əlaqə kəsildi

Aramsız yağışlar nəticəsində çaylarda yaranmış sel suları Quba rayonu ərazisində bir sıra fəsadlar törədib.

 YeniAvropa xəbər verir ki,  Ağ çayın üzərindəki körpünün güclü sel səbəbindən uçması nəticəsində, rayon mərkəzindən 13 kilometr məsafədə yerləşən Tülər kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Quba-Xınalıq yolunun 37-ci kilometrliyində, Əlik bələdiyyəsinin ərazisində isə qaya parçaları yola düşüb. Əlik, Haputlu, Cek, Xınalıq, Qalaxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Yolda hərəkətin bərpa olunması üçün əraziyə xüsusi texnikalar cəlb edilib.

Quba-Susay-Xınalıq avtomobil yolunun 25-ci kilometrliyində, Gəray kəndi ərazisində yağıntı sularının yaratdığı sel nəticəsində körpünün ətrafı yuyulub, körpü qəzalı vəziyyətə düşüb.

Yaranmış vəziyyətlə əlaqədar Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə ərazilərə baxış keçirilib. Fəsadların aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib, əraziyə xüsusi texnikalar cəlb olunub.