logo

“Air Arabia” Abu-Dabidən Bakıya uçuşları bərpa edir

17:16 24-05-2022 | icon 3962
“Air Arabia” Abu-Dabidən Bakıya uçuşları bərpa edir

Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) “Air Arabia” şirkəti iyunun 28-dən Abu-Dabidən Bakıya reyslər həyata keçirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilib. 

Qeyd edilib ki, aviareyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Təyyarə yerli vaxtla saat 14:30-da Abu-Dabidən qalxacaq və saat 17:30-da Bakıya enəcək. Əks istiqamətdə reys isə həmin gün saat 18:35-dən 21:35-ə qədər baş tutacaq.