logo

Kreml Rusiyanın BMT-dəki nümayəndəsinin Ukrayna ilə müharibəyə qarşı çıxmasına münasibət bildirib

15:55 24-05-2022 | icon 2170
Kreml Rusiyanın BMT-dəki nümayəndəsinin Ukrayna ilə müharibəyə qarşı çıxmasına münasibət bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Boris Bondarevin vəzifəsindən getməsinə münasibət bildirib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, D.Peskov diplomatın Ukraynada xüsusi hərbi əməliyyata etiraz əlaməti olaraq öz ərizəsi ilə vəzifəsindən getməsini şərh edərək deyib: “O, bizimlə deyil, bizə qarşıdır”.

Xatırladaq ki, Bondarev mayın 23-də linkedin sosial şəbəkəsindəki səhifəsində öz təşəbbüsü ilə vəzifəsini tərk etdiyini və Ukraynada hərbi əməliyyatların keçirilməsi ilə razı olmadığını yazmışdı. Diplomat Rusiyanın Cenevrədəki daimi nümayəndəliyində 2019-cu ildən çalışırdı.