logo

Arvadını və qonşusunu öldürən şəxsin məhkəməsi başlayır

13:13 24-05-2022 | icon 1785
Arvadını və qonşusunu öldürən şəxsin məhkəməsi başlayır

Yevlax rayonunun Hacıselli kənd sakinlərinin-1977-ci il təvəllüdlü Elnarə Qarayevanın cari il fevralın 9-da yaşadığı evdə öldürülməsi, qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin isə öldürülməsinə cəhd edilməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Astara rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, istintaqla Elnarə Qarayevanın əri 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, daha sonra həmin silahdan atəş açaraq qonşusu İldırım Qarayevi öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mehdi Qarayevə Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) və 29, 120.2.7-ci(iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.