logo

Bakı Enerji Həftəsində 30 ölkədən 300 yaxın şirkət iştirak edəcək

13:03 24-05-2022 | icon 7763
Bakı Enerji Həftəsində 30 ölkədən 300 yaxın şirkət iştirak edəcək

Bakı Enerji Həftəsinə 30 ölkədən 300 yaxın şirkət iştirakını təsdiq edib.

YeniAvropa xəbər verir ki, bu sözləri “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.

Qeyd edək ki, “Bakı Enerji Həftəsi” iyunun 1-dən 3-dək keçiriləcək. Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu bir araya gətirir.

Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə “Iteca Caspian” və beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunur.