Müdafiə naziri “Qaraheybət” Təlim Mərkəzində olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Qaraheybət” Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub.
Bundan başqa, müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.
Müdafiə naziri “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun kursantlarının təlim sahələrində nümunəvi çıxışlarını izləyib.
Əvvəlcə atış şəhərciklərində atəş hazırlığı üzrə normativlərin və təlim atış çalışmalarının praktiki icrası nümayiş etdirilib.
Sonra müdafiə naziri tank atış şəhərciyində olub. Məruzə olunub ki, burada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq tankların yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.
Daha sonra mühəndis şəhərciyinə baxış keçirilib. Qeyd olunub ki, şəhərcikdə hərbi qulluqçulara müxtəlif tipli mina və döyüş sursatları ilə bağlı ətraflı məlumat verilir. Bundan başqa, mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursatlarının aşkarlanması, eləcə də onların təhlükəsizlik qaydalarına əməl olunmaqla zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra olunur.
Müdafiə naziri fiziki hazırlıq şəhərciyinin maneələr zolağı (pentatlon) və kəşfiyyat cığırında kursantların məşq prosesini izlədikdən sonra artilleriya batareyasının komanda müşahidə məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından atış tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.
Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən hərbi obyektlərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.
General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.
Aİ-nin prezidenti Şarl Mişel İlham Əliyevə zəng etdi
Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma planı hazırlanır
İlham Əliyev Bakı–Şamaxı- Güzdək avtomobil yolunun tikintisinə 1,4 milyon manat ayırdı
3 rayonda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb
DİM II və III qrup üzrə 32 mindən çox abituriyent üçün imtahan keçirəcək
Sabah Bakıda 33° isti olacaq
Allahşükür Paşazadə Londana gedir
Tehranda Azərbaycan və İranın XİN başçılarının görüşü olub
İlham Əliyev 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib
"Şahdağ"da qar yağıb
Yevlaxda polis əməkdaşına xəsarət yetirən şəxslərə cinayət işi başlanıb
"Azercell" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!
Bakıda iri marketlərdən birində kütləvi zəhərlənmə olub
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib
Öötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb
Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Ceyhun Bayramov İrana rəsmi səfərə gedib
Çempionlar Liqası:"Lex" - "Qarabağ" oyununa 22 mindən çox bilet satılıb
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub
Cüdo üzrə milli komandamız açıq Avropa turnirində I olub
Ermənilər Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutub
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 854 min nəfəri ötür
Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxdu
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir
Kraliça II Elizabet öz səlahiyyətlərinin bir hissəsini şahzadə Çarlza verib