logo

Ərdoğan Yunanıstanın baş nazirini daha tanımır

22:23 23-05-2022 | icon 868
Ərdoğan Yunanıstanın baş nazirini daha tanımır

“Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur. Sözünün üstündə duracaq hörmətli siyasətçilərdən başlayırıq”.

YeniAvropa Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiryakos Miçotakis barədə deyib.

“Qoy Mitsotakis özü haqqında düşünsün. Bizə yetər. Mən də hesab edirəm ki, ABŞ "F-16"larla bağlı Mitsotakisin ağzına baxıb qərar verməyəcək”, - deyə Türkiyə lideri vurğulayıb.