logo

Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb

17:57 23-05-2022 | icon 2016
Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 957 nəfər müalicə olunaraq sağalıb, 9 min 710 nəfər vəfat edib. Aktiv xəstə sayı 47 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1842, bu günə qədər isə ümumilikdə 6 milyon 874 min 348 test icra olunub.