logo

Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi dəyirmi masada qeyd edilib

16:26 23-05-2022 | icon 2842
Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi dəyirmi masada qeyd edilib

Mayın 23-də Bakıda Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması münasibətilə dəyirmi masa keçirilir.

YeniAvropa xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qazaxıstanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın və digərləri iştirak edirlər.