logo

Kanada parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

16:14 23-05-2022 | icon 2569
Kanada parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Kanada parlamentinin İcmalar Palatasının Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri mayın 23-də Şəhidlər xiyabanını ziyarət ediblər.

YeniAvropa xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoyub. Həmçinin “Əbədi məşəl” abidəsi ziyarət olunub.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən kanadalı deputatlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.