Siyasi dialoq: Ədalət Vəliyev Ağ Partiyasının sədri ilə görüşüb
Mayın 23-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində Ağ Partiyasının sədri Tural Abbaslı ilə görüş keçirib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə şöbə müdiri prezident İlham Əliyev tərəfindən aparılan sistemli islahatların bütün sahələri əhatə etdiyini, bu islahatların dövlətimizin güclənməsi, əhalinin rifah halının yaxşılaşması, postmüharibə dövrünün çətinliklərinin aradan qaldırılması, işğaldan azad edilmiş torpaqlarımızın bərpası və soydaşlarımızın öz doğma yurdlarına qayıtması məsələləri ilə yanaşı, ölkəmizdə baş verən siyasi prosesləri də ehtiva etdiyini qeyd edib. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən mütərəqqi siyasi qüvvələr Azərbaycan dövlətçilik tarixinin ən çətin və ən şərəfli məqamında - Vətən müharibəsi zamanı ümummilli dəyərlər naminə öz birliklərini ortaya qoydular. Siyasi qüvvələrin Vətən naminə birgə bəyanat və müraciətlərinin ölkə əhalisinin Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdiyinin göstəricilərindən biri olduğu vurğulanıb. Ölkəmizdə fəaliyyət göstərən partiyalarla hakimiyyət arasında və partiyalar arasında gündən-günə daha da dərinləşən və inkişaf edən siyasi dialoq mədəniyyətinin dövlətimizin güclənməsinə, xalqımızın rifahına böyük töhfələr verəcəyi qeyd olunub.
Ağ Partiyasının sədri Tural Abbaslı, ilk növbədə, siyasi dialoq prosesi çərçivəsində keçirilən görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirib. Qeyd edib ki, dövlətimizin güclənməsi və xalqımızın rifah halının yaxşılaşması istiqamətində həyata keçirilən dövlət siyasətini dəstəkləyir, bu siyasətin hər bir vətəndaşı əhatə etməsi üçün siyasi dialoq prosesinin faydalı olmasına inanır. Əhalinin həssas təbəqəsinə, xüsusən Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə, digər müharibə iştirakçılarına və onların ailələrinə diqqətin daha da artırılmasının hazırkı məqamda olduqca vacib olduğu qeyd edilib.
Görüşdə, həmçinin ölkəmizdə mövcud olan və Azərbaycan dövlətçiliyinin əbədi olması üçün çalışan bütün qüvvələrin Vətən müharibəsi Zəfərinin qazanılmasında pay sahibi olması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən uğurlu xarici siyasətin Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirməsi, Ermənistanın və onların himayədarlarının xalqımızın birliyi qarşısında bütün cəbhələrdə məğlubiyyətlə qarşılaşması, ölkədə aparılan siyasi dialoq prosesinin müxtəlif formatlarda inkişaf etdirilməsi və başqa mövzularda səmərəli fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan xarici siyasət barədə müzakirələr aparılıb. Avropa İttifaqının hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında səyləri yüksək qiymətləndirilib. Eyni zamanda, 2021-ci il dekabrın 14-də, 2022-ci il aprelin 6-da və mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Respublikasının prezidenti və Ermənistan Respublikasının baş naziri arasında baş tutan görüşlərin regionda sülhün bərqərar edilməsi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və nəticədə regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan şəraitin qurulması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sonda tərəflər iqtidar-müxalifət siyasi dialoqunun yeni formatlarda davam etdirilməsinin və bununla bağlı yeni təkliflərin dəyərləndirilməsinin önəmini vurğulayıb, gələcəkdə ölkəmiz üçün vacib olan məsələlərin siyasi partiyaların iştirakı ilə birgə müzakirələrinin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb