Xırdalanda qətl törədən şəxs 5 il sonra tutulub
Beş il əvvəl – 2017-ci il martın 30-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Valeh Nəcəfovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən baş nahiyəsinə odlu silahdan açılan atəşlə qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri başlanaraq istintaqı aparılan cinayət işi üzrə axtarışda olan şəxslərdən biri tutularaq istintaqa cəlb edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin cinayət əməlinin törədilməsində iştirak etmiş qrup üzvləri – İran İslam Respublikasının vətəndaşı Bəşir Qəhrəmani, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib. Həmin təqsirləndirilən şəxslər barəsində cinayət işi 2019-cu il mayın 24-də məhkəməyə göndərilməklə barələrində ittiham hökmü çıxarılıb.
Cinayət əməlinin törədilməsində təqsirli bilinən Azərbaycan Respublikasının vətəndaşı Samir Kazımov və İran İslam Respublikasının vətəndaşı Həsən Rəhbəriqaradağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və digər müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, istintaqdan qaçıb gizləndiklərindən 2017-ci il mayın 1-də barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.
Axtarışda olan təqsirləndirilən şəxs Samir Kazımov cari il mayın 12-də prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində tutulub. Mayın 18-də ona Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.4-cü, 221.2.1-ci və digər maddələri ilə ittiham elan olunub.
Hazırda istintaq davam edir.
COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 311 min nəfəri ötür
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxdu
Paytaxtda əməkçilərin hüquqlarının pozan şirkətə qarşı cinayət işi başlanılıb
Sabah Bakının bir hissəsində qaz olmayacaq
Koreya-Azərbaycan III Humanitar Forumu keçirilib
Hazırda Zaqatalada axan bir neçə çaydan sel keçir
Aİ-nin prezidenti Şarl Mişel İlham Əliyevə zəng etdi
Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma planı hazırlanır
İlham Əliyev Bakı–Şamaxı- Güzdək avtomobil yolunun tikintisinə 1,4 milyon manat ayırdı
3 rayonda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb
DİM II və III qrup üzrə 32 mindən çox abituriyent üçün imtahan keçirəcək
Sabah Bakıda 33° isti olacaq
Allahşükür Paşazadə Londana gedir
Tehranda Azərbaycan və İranın XİN başçılarının görüşü olub
İlham Əliyev 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib
"Şahdağ"da qar yağıb
Yevlaxda polis əməkdaşına xəsarət yetirən şəxslərə cinayət işi başlanıb
"Azercell" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!
Bakıda iri marketlərdən birində kütləvi zəhərlənmə olub
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib
Öötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb
Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Ceyhun Bayramov İrana rəsmi səfərə gedib
Çempionlar Liqası:"Lex" - "Qarabağ" oyununa 22 mindən çox bilet satılıb
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub