Azərbaycan Dünya Təhsil Forumunda təmsil olunur
“Ölkələrimizin və icmalarımızın gələcəyini birlikdə daha güclü, daha təhsilli və daha təkmil şəkildə quraq” devizi altında təşkil edilən Dünya Təhsil Forumu öz işinə başlayıb. Londonda 107 ölkədən 112 nazirin iştirakı ilə keçirilən Forum çərçivəsində 2022-ci ildə dünya təhsilinin qarşısında duran əsas çətinliklər və çağırışlar, onların həlli yolları müzakirə ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Forumda, həmçinin təhsilin inkişafı vasitəsilə sülhün, tərəfdaşlığın və rifahın əldə edilməsi, uğurlu iqtisadiyyatın qurulması yollarına baxılacaq. Sessiyalarda təhsilə hamı üçün bərabər çıxış, iqtisadi artım, süni intellektin istifadəsi, texnologiya və data əsaslı qərarvermənin cəmiyyətlər üçün əhəmiyyəti müzakirə ediləcək. Dövlət qurumlarının və özəl sektorun tərəfdaşlığı, fərdi və kollektiv cavab mexanizmləri, qlobal problemlərə yerli həll yollarının tapılması da ümumi təhsil müzakirələrinin gündəliyində əks olunacaq.
Forum çərçivəsində təşkil olunacaq 9 plenar iclas, panel sessiyalarda “Dünyada baş verən son çağırışlara cavab necə olmalıdır?”, “Təhsilə ayrılacaq resursları və onların istifadəsi səmərəliliyini necə artırmaq mümkündür?”, “Birgə və daha yaxşı təhsili necə qura bilərik?”, “Təhsilin inkişafı üçün böyük qurum və agentlikləri necə yarada bilərik?”, “Rəqəmsal resurslar, təhlükəsiz infrastruktur və praktik dəstəyə necə nail olmaq olar?”, “Məktəbəqədər təhsildən başlayaraq ali təhsilə qədər öyrənmə yolunu necə daha uyğun dizayn və daha rahat icra edə bilərik?”, “Ümid etdiyimiz vətəndaşı və cəmiyyəti necə daha uğurla yetişdirə bilərik?” və “Kollaborativ innovasiyaları necə daha sürətləndirə bilərik?” mövzuları müzakirə olunacaq.
Qeyd edək ki, Dünya Təhsil Forumunda ölkəmizi təhsil naziri Emin Əmrullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
“Baktelecom” tariflərini dəyişib
"Google"də Qarabağın xəritəsində yenilənmə işləri aparılır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 859 min nəfəri ötüb
İlham Əliyev Əlcəzairin xarici işlər nazirini qəbul edib
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü
Güləşçisimiz Alyona Kolesnik İslamiadada ikinci olub
Bakıda Azərbaycan-Əlcəzair əməkdaşlıq münasibətləri müzakirə olunub
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Futbol üzrə dünya çempionatı erkən başlaya bilər
Fəridə Əzizova İslamiadada komandamıza növbəti medal qazandırıb
Bakıda mənzildə kişi meyiti tapılıb
Əlcəzair Azərbaycanla iqtisadi əməkdaşlığa maraqlıdır
Sabah Bakıda 35° isti olacaq
Azərbaycanla Əlcəzair arasında iki sənəd imzalanıb
UEFA Çempionlar Liqası: "Qarabağ"-"Viktoriya" ilk oyununu Bakıda keçirəcək
Bakıda saxta pul hazırlayan dəstə üzvləri saxlanılıb
Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrildi
V İslam Həmrəyliyi Oyunları: Azərbaycan daha bir medal qazandı
Nəsimi rayonunda döyüş əl qumbarası tapılıb
UEFA Super Kuboku: Bu gün “Real Madrid” “Ayntraxt”la qarşılaşacaq
Əlcəzairin xarici işlər naziri Azərbaycana səfərə gəlib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Azərbaycan nefti 98,91 dollara satılır
Bakıda 14 yaşlı qızlar itkin düşüb
"Qarabağ" Vətənə qayıdıb