logo

QHT Agentliyi gələn ay BMT ilə memarandum imzalayacaq

11:55 23-05-2022 | icon 1302
QHT Agentliyi gələn ay BMT ilə memarandum imzalayacaq

“Bu ilin iyunun 13-də Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə memarandum imzalayacağıq”.

YeniAvropa xəbər verir ki, bu barədə bunu Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə məlumat verib. 

O xatırladıb ki, agentlik artıq bir ilə yaxındır fəaliyyət göstərir: "Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada regional konfrans keçirdik. Orada QHT-lərlə görüşlər oldu. Ancaq vəziyyət bizim istədiyimiz kimi deyil".