logo

Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılıb

16:14 22-05-2022 | icon 2800
Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılıb

Ukrayna Ali Radasının bu gün keçirilən iclasında “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” və “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” Prezident fərmanları təsdiqlənib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, sənədlərə əsasən Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün müddətinə avqustun 23-dək uzadılıb.