logo

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT üzrə Nazirlər Toplantısı keçiriləcək

17:16 21-05-2022 | icon 2849
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT üzrə Nazirlər Toplantısı keçiriləcək

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində 2022-ci il mayın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT üzrə Nazirlər Toplantısı təşkil olunacaq.

YeniAvropa xəbər verir ki, dəvət olunan ölkələr Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstandır.

Təşkilatın baş katibi tərəfindən iclasın yekunlarına dair Protokolun imzalanması nəzərdə tutulur.