logo

Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq

13:13 20-05-2022 | icon 2996
Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq

Azərbaycanda mayın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14°, gündüz 18-22° isti, Bakıda gecə 12-14°, gündüz 19-21° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-12°, gündüz 20-25° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı bildirilir.