logo

Şuşada xeyli sayda silah-sursat aşkar edilib

12:59 20-05-2022 | icon 3360
Şuşada xeyli sayda silah-sursat aşkar edilib

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti qurumlar tərəfindən intensiv tədbirlər yerinə yetirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan 

YeniAvropa-ya bildirilib ki, Şuşa rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib. Tapılan 1 zenit-artilleriya qurğusu, 1 avtomat, 1 qumbaraatan, 1 “Faqot”, 12 müxtəlif növ əl qumbarası, 99 ədəd müxtəlif növ mərmi, müxtəlif çaplı 1220 patron və digər sursat götürülərək aidiyyəti üzrə təhvil verilib.