logo

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçiriləcək

12:12 20-05-2022 | icon 3227
Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçiriləcək

Bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçiriləcək.

YeniAvropa xəbər verir ki,  mərasim saat 13.00-da "Jurnalistlər binası"nın həyətində olacaq.

Mərasimdən sonra mərhumun cənazəsi dəfn olunması üçün Lənkərana aparılacaq.

Qeyd edək ki, kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli bu gün səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.